Четверг, 21.08.2025, 01:50
SALAMLAYİRAM SİZİс, Гость

Internetin  yaranması,quruluşu  və inkişafı

İkinci  dünya  müharibəsindən  sonra ABŞ ilə  keçmişSovet İttifaqı  arasında  qarşıdurma  yarandı. 50-ci  illərin ortalarında  hər  iki  tərəf nüvə və  hətta  istilik-nüvə silahına  sahib  olmuşdular və  artıq  bu  silah  üçün  raket  daşıyıcılarını işləyib  hazırlayırdılar.Bu  qarşıdurmanın  gedişində ABŞ prezidentinin sərəncamı  ilə Müdafiə Nazirliyinin nəzdində Qabaqcıl Tədqiqatlar Agentliyi  -ARPA(Advanced Research Proyect Agenty) yaradıldı.Tədqiatların əsas məqsədi elə kompyuter şəbəkəsi yaramaq idi ki, həmin şəbəkənin ayrı-ayrı sahələri   zədələrə, məsələn düşmənin raket nüvə hücumunü  qarşı dayanıqlı olsun.1967-ci ildə ARPANET adlanan  layihı hazırlandı.1969 -cu ildə isə Yuta-ştatında olan universitetin, los-Anceles və Santa-  Barbarada Kaliforniya universitetlərinin ,Stanford tədqiqat mərkızinin kompyuterləri ilk dəfə olaraq şəbəkəyə qoşuldu.1971- ci ildə  şəbəkəyə artiq  23kompyuter qoşulmuşdu.1973-cü ildə ilk beynəlxalq qoşulmalar həyata keşirildi.

ARPANET şəbəkəsi  imkişaf etdikcə kompyuterlər  arası informasiyanın  öterelməsinin müxtəlif metodlarında  istifadə  edən ayrı-ayrı şəbəkələrin  birləşdirilməsi problemi meydana çıxdı.Bunun  üçün  fərqli kompyuter platformasında  işləyən  xüsusi protokol işləyib hazırlanmalı  idi.1974-cü ildə  belə protokol yaradəldı.Protokol   TCP/IP (Transmission Control Protokol /Internet Protocol) adlandırıldı.

TCP-informasiyanın  ötürülməsinə nəzarət edən protokldur.İP-informasiyanın rabitə kanalı ilə ötürülməsi zamanı paketləri marşurutlayır.

  80 cı- illərin ortalarında şəbəkəyə minə qədər kompyuter qoşulmuşdu və TCP/IP standart kimi qəbul edildi

1989 cu ildı  internetdən artiq elmi tədqiqt məqsədləri  üçün  deyil, eyni zamanda  kommersiya  məsədləri  üçün də istifadə edilməyə başladı.Bu  müddətdə   şəbəkə Avstraliya, Böyük Britaniya , İsrail, Almaniya, İtaliya, Niderland, Yeni Zenlandiya, və  Yaponiya   ölkələrinə də  gəlib çıxdı.90- cı illərin əvvəllərində Rusiya  və  Şərqi  Avropa ölkələri  də  internetə qoşuldu.1991- ci ildə Azərbaycanda  ilk  dəfə  olaraq beynəlxalq şəbəkəyə  bağlantı  həyata  keçirildi.

  1991-  ci  ildə Cenevrədə Avropa  Nüvə Tədqiqtları  mərkəzinin  işçisi TİM-BORNERS   Li  World  Wide  Web  (WWW)

sistemini hazırladı.

 

 

 

mənbə-  Uşaqlar  üçün  ensklopediya (akademik  Əli  Abbasov)

 

http://xanim-aliyeva.ucoz.ru/index/i_nterneti_ki_m_i_dar_edi_r/0-111