Четверг, 21.08.2025, 01:08
SALAMLAYİRAM SİZİс, Гость

İnternet  o  dərəcədə məişətə daxil  olmuş və hər  bir  insan  üçün asan  əldə edilən  olmuşdu  ki, təcrübəsiz istifadəçi onu  kompüterin bir hissəsi kimi qəbul edir.Satıcılar tez-tez alıcılar  tərəfində  verilən  "Bu  kompüterdə İnternet  varmı?", " Onun  İnterneti hardadır?" kimi  suallarla  rastlaşırlar.

   Əfsus ki, İnternet kompüterin daxilində olmur.Kompüter  yalnız  İnternetə çıxış  üçün vasitədir.

Praktiki olaraq bütün ƏMƏLİYYAT  SİSTEMLƏRİ     TCP/IP protokolunu  dəstəkləyən sistem  ilə  təchiz olunur.

Belə sistemli kompüter  İnternetə qoşulmağa hazırdır.Bununla  yanaşı  kompüter  modem  və  şəbəkə  kartı ilə  təchiz   olunmalıdır.Bu  qurğular  kompüterin  daxilində  yerləşdirilir, lakin  bəzi  hallarda  onları ayrıca  əldə etmək  lazım  gəlir.

Əgər  modem V34 protokolunu dəstəkləyirsə, verilənlərin ötürmə sürəti 28, 8 Kbit/san-i  aşmır.əgər modem  V34+ protokolunu  dəstəkləyirsə , ötürülmə sürəti  33, 6 Kbit/san -dən çox olmur.

Nəhayət,ədər  modem V90 protokolunu  dəstəkləyirsə,   onda  ötürülmə sürəti  57, 6 Kbit/san -yə çata  bilər.

 

 

                               İRİŞMƏ   NÖVLƏRİ.

İnternetə   çıxış  provayderlər (İnternet service  provider  -"İnternet  xidməti  təchizatçısı ")adlanan  xüsusi  təşkilatçılar tərəfindən təmin olunur.Provayderin  kompüter şəbəkəsi İnternetə  daimi qoşulu olur. Bunun  üçün ayrılmış sürətli rabitə kanalı icra olunur və ya özəl olaraq çəkilir. Provayderlərin şəbəkələri dayaq magistral şəbəkədə birləşdirilir və nəticədə İnterneti əmələ gətirirlər.

 İnternetə irişmə üsulları qoşulma sxemləri, əlaqə xətləri və şəbəkəniin təqdim etdiyi müxtəlif irişmə xidmətləri təyin edən  protokollarla fərqlənirlər  İnternetə  irişmə üsulları nə qədər çox imkanlar təqdim edərsə və nə qədər sürətli olarsa, bir o qədər  də baha olar.

   http://xanim-aliyeva.ucoz.ru/index/dial_up/0-115